Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Q.Məmmədov, Ə.Qasımov və Abşeron rayon sakini V.Rəhimov saxlanılmışlar
05.07.2019Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini N.Nəcəfquliyev iyun ayının 29-na keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki metal qəbulu məntəqəsindən 600 manat dəyərində misin oğurlandığını bildirmişdir.
Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmış, bu cinayət əməlinin 3 nəfər tərəfindən törədildiyi müəyyən edilmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakinləri Q.Məmmədov, Ə.Qasımov və Abşeron rayon sakini V.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılmışlar.Araşdırma aparılır.