Soyğunçuluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Babayev saxlanılmışdır
05.07.2019İyulun 5-də Gəncə şəhəri ərazisində şəhər sakini S.Məmmədovaya zor tətbiq edən şəxsin onun 200 manat pulunu alması barədə Nizami (Gəncə) RPİ-yə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini E.Babayev qısa müddətdə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır.
Nizami (Gəncə) Rayon Polis İdarəsində araşdırma aparılır.