Yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilmişdir
18.06.2019Qax RPŞ və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Cəlayir kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 215 kiloqramdan artıq olan 1536 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.
Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən Nic qəsəbəsi ərazisində yabanı halda bitmiş, çəkisi 2,3 ton olan 5700 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lerik RPŞ-nin əməkdaşları tərəfindən Orand kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 5,7 ton olan 11790 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.