Neftçala rayonunun Astanlı kəndi kənd sakini Ş.Fərzəliyevə ov tüfəngindən açdığı atəşlə xəsarət yetirməkdə şübhəli bilinən M.Məmmədovun saxlanılmışdır
18.06.2019İyunun 19-da Neftçala rayonunun Astanlı kəndi ərazisində kənd sakini M.Məmmədovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Ş.Fərzəliyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olmuşdur.
Ş.Fərzəliyev xəstəxanaya yerləşdirilmişdir.
Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılmış, ondan cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülmüşdür.Araşdırma aparılır.