İçərisində 15.000 manat və 15.000 ABŞ dolları, habelə 40.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini D.Şirəliyev saxlanılmışdır
18.06.2019Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini mənzilindən içərisində 15.000 manat və 15.000 ABŞ dolları, habelə 40.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlandığını bildirmişdir.
Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmışdır.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini D.Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılmışdır.Araşdırmalar aparılır.