Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Əhədov və H.Məmmədov saxlanılmışlar

17.06.2019

Qax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əhədov Qorağan kəndi ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı onun əlindəki sellofan torbadan çəkisi 1 kiloqram heroin və 500 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. 

Davam etdirilən tədbirlərlə həmin narkotik vasitəni V.Əhədova satan şəxs də polis əməkdaşları tərəfindən müəyyən olunub.

Qax RPŞ və Nərimanov RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni ona satmaqda şübhəli bilinən H.Məmmədov Bakı şəhəri ərazisində saxlanılıb. Onun yaşadığı mənzilə baxış zamanı 12 qrama yaxın heroin və 168 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.