Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
17.06.2019İyunun 17-də saat 14 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində şəhər sakini B.Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurmuşdur. Nəticədə avtomobildəki sərnişinlərdən Ramal Həsənov xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.