Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şərur rayon sakini Ramiz Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən Siyəzən rayon sakini R.Şirinov istintaqa təslim olmuş və cinayəti törədərkən istifadə etdiyi tüfəngi təhvil vermişdir

17.06.2019

İyunun 14-də saat 1 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Şərur rayon sakini, 47 yaşlı Ramiz Məmmədovun qırma yarası ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Sabunçu RPİ 12-ci Polis Şöbəsinə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə ağır cinayətin R.Məmmədovun qaynı, Siyəzən rayon sakini R.Şirinov tərəfindən törədilməsi müəyyən edilmişdir.
Əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Şirinov könüllü olaraq 12-ci Polis Şöbəsinə gələrək istintaqa təslim olmuş və cinayəti törədərkən istifadə etdiyi “Vinçester” markalı tüfəngi təhvil vermişdir.