Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
19.05.2019Mayın 19-da saat 17 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Şüvi kənd sakinləri M.Şamradovun idarə etdiyi “Mercedes” və Ş.Əsgərovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ş.Əsgərovun sərnişini, həmkəndlisi Qadir Baxşiyev xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Astara RPŞ tərəfindən araşdırma aparılır.