Nəqliyyat vasitəsini qaçırmaqda sübhəli bilinən Qala qəsəbə sakini H.İsmayılov avtomobillə birgə saxlanılmışdır
19.05.2019Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Fətullayev mayın 18-də Qala qəsəbəsinin ərazisindən “Kia” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır.
Əlahiddə Çevik Polis Alayı və 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda sübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş H.İsmayılov həmin gün saat 17 radələrində Binə qəsəbəsinin ərazisində avtomobillə birgə saxlanılmışdır.Faktla bağlı Xəzər RPİ tərəfindən araşdırma aparılır.