Oğurluqda şübhəli bilinən qrupun üzvləri - Şamaxı rayon sakini S.Şirəliyev və Yardımlı rayon sakini O.Dadaşlı saxlanılmış, daha 2 nəfər isə müəyyən edilmişdir
19.05.2019Gədəbəy RPŞ və Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də Gədəbəy rayonu ərazisindəki apteklərin birindən 3080 manat oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri - Şamaxı rayon sakini S.Şirəliyev və Yardımlı rayon sakini O.Dadaşlı saxlanılmış, daha 2 nəfər isə müəyyən edilmişdir.