Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini M.Hüseynov saxlanılmışdır
19.05.2019Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-dən mayın 15-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən monitor və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Hüseynov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun mayın 18-idə Sulutəpə qəsəbəsində “VAZ-2106” markalı avtomobildən də akkumulyator oğurlaması müəyyən edilmişdir.