Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəqliyyat vasitəsini qaçırmaqda sübhəli bilinən Qala qəsəbə sakini H.İsmayılov avtomobillə birgə saxlanılmışdır

19.05.2019

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Fətullayev mayın 18-də Qala qəsəbəsinin ərazisindən “Kia” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır.

Əlahiddə Çevik Polis Alayı və 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda sübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş H.İsmayılov həmin gün saat 17 radələrində Binə qəsəbəsinin ərazisində avtomobillə birgə saxlanılmışdır.

Faktla bağlı Xəzər RPİ tərəfindən araşdırma aparılır. 

19.05.2019 tarixinə olan kriminal məlumatlar