DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən G.Bodrov saxlanılmışdır

01.05.2019

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən G.Bodrov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilmişdir.

Polis əməkdaşları tərəfindən onun yaşadığı evdə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində isə əlavə olaraq heroin və yarım kiloqrama yaxın marixuana da aşkar edilərək götürülmüşdür.

Araşdırma aparılır.