DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Tərtər rayonunun Poladlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

01.05.2019

Mayın 1-də saat 22 radələrində Tərtər rayonunun Poladlı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Məhər Hüseynov vurulmuş və nəticədə hadisə yerində ölmüşdür.

Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “NAZ Lifan” markalı avtomobillə törədildiyi müəyyən edilmişdir.

Piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Mamırlı kənd sakini H.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Tərtər RPŞ-də araşdırma aparılır.