Şərur rayonunun Dəmirçi kənd sakini Hüseyn Əhmədov yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölmüşdür
01.05.2019Aprel 30-da saat 22 radələrində Şərur rayonunun Dəmirçi kəndi ərazisində Türkiyə vətəndaşı K.Musa idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə qarşıda gedən kənd sakini Hüseyn Əhmədovun idarə etdiyi “Lada-21041” markalı avtomobili vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş H.Əhmədov mayın 1-də orada ölmüşdür.
Naxçıvan MR DİN DYPİ tərəfindən araşdırma aparılır.