Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şabran şəhər sakinləri X.Babayev və M.Quliyev saxlanılmışlar

30.04.2019

Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini X.Babayev saxlanılmışdır. Ondan çəkisi 414 qram marixuana aşkar edilərək götürülmüşdür.

Davam etdirilən tədbirlərlə onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyənləşdirilmişdir. Narkotik vasitəni ona satmaqda şübhəli bilinən şəhər sakini M.Quliyev də polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun yaşadığı evdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı oradan narkotik vasitə olan marixuana, 1 ədəd müvafiq sənədləri olmayan  “İJ” markalı ov tüfəngi, 12 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür.   

Faktla bağlı araşdırma aparılır.

30.04.2019 tarixinə olan kriminal məlumatlar