Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini A.Rüstəmov saxlanılmışdır
30.04.2019Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Hacıyev aprelin 29-da gecə saatlarında Talıblı küçəsindən “Niva” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Müraciətlə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs R.Rüstəmov küçəsində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun Abşeron rayon sakini A.Rüstəmov olduğu müəyyən edilmişdir.
Araşdırma aparılır.