Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini E.Cabbarov saxlanılmışdır
30.04.2019Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də rayon ərazisindəki evlərin birindən içərisində 1150 manat və 100 ABŞ dolları olan seyf, aprelin 27-də isə digər evdən 1400 manat və çanta oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Cabbarov saxlanılmışdır.