Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lənkəran rayonunun Digah kənd sakini Ş.Bağırovu qətlə yetirməkdə şübhəli bilinən Ə.Quliyev saxlanılmışdır

05.04.2019

Martın 17-də Lənkəran rayonunun Digah kəndi ərazisində kənd sakini Ə.Quliyev münaqişə zəminində həmkəndlisi Ş.Bağırovu  qətlə yetirib meyitini kəndin ərazisindəki tikintisi başa catmamış evin zirzəmisinə atmışdır.

Məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Faktla bağlı cinayət işi başlanılmışdır.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Ə.Quliyev saxlanılmışdır. 

Ş.Bağırovun meyiti zirzəmidə aşkar edilmişdir.