Yasamal rayonu H.Cavid prospektində yol-nəqliyyat hadisəsi
05.04.2019Aprelin 5-də saat 14 radələrində Yasamal rayonu H.Cavid prospektində Bakı şəhər sakini T.Rəsulov idarə etdiyi “Chrysler” markalı avtomobillə yolu keçən paytaxt sakini İlkin Şahbazini vurmuşdur. Xəstəxəxanaya yerləşdirilmiş İ.Şahbazi orada ölmüşdür.
Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Rəsulov saxlanılmışdır.
Araşdırmalarla onun idarə etdiyi avtomobilin Bakı şəhər sakini S.Vəliyevə məxsus olması və aprelin 5-də F.Bayramov küçəsindən qaçırılması müəyyən edilmişdir.Yasamal RPİ tərəfindən araşdırma aparılır.