Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Həsənov və Ş.İsmayılov saxlanılmışlar
05.04.2019Aprelin 5-də saat 2 radələrində paytaxtın Nizami rayonu Ə.Vəliyev küçəsindəki mağazaların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gəlmiş RMİ-nin əməkdaşları tərəfindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Həsənov və Ş.İsmayılov saxlanılaraq 25-ci PŞ-yə təhvil verilmişlər.