Sumqayıt şəhəri ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
25.03.2019Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 24-də şəhər ərazisindəki evlərin birindən 400 manat və 100 ABŞ dolları, habelə 300 manat dəyərində qızıl sırğa və spirtli içki oğurlamaqda şübhəli bilinənlər - şəhər sakini A.Tişkin və Qobustan rayon sakini F.Nəsirov saxlanılmışlar.
F.Nəsirovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 1 köşkdən 234 manat pul, tütün məmulatı və danışıq kartları oğurlaması, habelə A.Tişkinin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir evdən elektrik naqili və təmir-tikinti aləti oğurlaması müəyyən edilmişdir.