Sabirabad rayonunda həmkəndlisinə məxsus iti tüfəngdən açılmış atəşlə vuran A.İsmayılov saxlanılmışdır
25.03.2019Martın 25-də Sabirabad rayonunun Moranlı kənd sakinlərindən biri RPŞ-yə ərizə ilə müraciət edib həmin gün saat 12 radələrində, ona məxsus itin həmkəndlisi A.İsmayılov tərəfindən tüfəngdən açılmış atəşlə vurulmasını bildirmişdir.
Polis əməkdaşları tərəfindən A.İsmayılov saxlanılmış, ondan 1 ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülmüşdür.
Araşdırma aparılır.