Yasamal rayonunun Moskva prospektində yol-nəqliyyat hadisəsi
25.03.2019Martın 25-də saat 5 radələrində Yasamal rayonunun Moskva prospektində Quba rayon sakini V.Rüstəmov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayrıcısına vurmuşdur.
Nəticədə avtomobildəki sərnişinlərdən Hacıqabul rayon sakini Xəyyam Məmmədov xəstəxanaya aparılarkən yolda ölmüş, özü və digər iki sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.