Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi
15.03.2019Martın 15-də saat 13 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Zəkiyev idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən Siyəzən rayon sakini Ə.Ağayevin idarə etdiyi “QAZ-31029” markalı avtomobilə, sonradan isə idarəetməni itirdiyindən yolun kənarında dayanmış “KamAZ” markalı avtomobilə vurmuşdur. Nəticədə V.Zəkiyev və sərnişinlərindən qardaşı Mikayıl hadisə yerində ölmüş, digər 3 sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.