Sumqayıt şəhər sakini S.Mirzəquliyevdən heroin və tiryək, həmçinin çəkisi 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür
15.03.2019Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirir nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mirzəquliyev saxlanılmışdır.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilmişdir.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq heroin və tiryək, həmçinin çəkisi 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.Araşdırma aparılır.