Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad rayon Uzuntəpə kənd sakini Ə.Baxşiyevin avtomobilindən 1 kiloqram heroin, onun yaşadığı evdən isə əlavə olaraq 7 kiloqramdan artıq heroin, 5 kiloqramdan artıq tiryək, 815 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür

15.03.2019

Daxil olmuş məlumat əsasında Cəlilabad Rayon Polis Şöbəsi, DTX-nin rayon şöbəsi və DSX-nin Göytəpə sərhəd dəstəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Uzuntəpə kənd sakini Ə.Baxşiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil şəhər ərazisində saxlanılmışdır. Nəqliyyat vasitəsinin salonundan çəkisi 1 kiloqram olan heroin aşkar edilərək götürülmüşdür.

Davam etydirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 7 kiloqram 375 qram heroin, 5 kiloqram 135 qram tiryək, 815 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Faktla bağlı cinayət işi başlanılmışdır.

15.03.2019 tarixinə olan kriminal məlumatlar