Bacısına bıçaqla xəsarət yetirmiş Qızıldaş qəsəbəsində yaşayan C.Əzimov saxlanılmışdır
10.03.2019Martın 9-da Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş C.Əzimov evində münaqişə zəminində bacısına bıçaqla xəsarət yetirmişdir.
Qadın xəstəxanaya yerləşdirilmişdir.
38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Əzimov saxlanılmışdır.Qaradağ RPİ tərəfindən araşdırma aparılır.