Avtomobil qaçırmaqda şübhəli bilinən Cəlilabad rayon sakini A.Ağamalızadə saxlanılmışdır
10.03.2019Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Mustafayevin “VAZ-21074” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş A.Ağamalızadə saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun Ə.İmanova məxsus “VAZ-21074” markalı digər avtomobili qaçırması da müəyyən edilmişdir.