Oğurluqda şübhəli bilinən Goranboy rayon sakini M.Əliyev saxlanılmışdır
10.03.2019Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 10-na keçən gecə Nərimanlı kəndi ərazisindəki torpaq sahələrinin birindəki subartezian quyusunu elektrik enerjisi ilə təmin edən naqilin 30 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən rayon sakini M.Əliyev saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun həmin gün şəhər ərazisində digər bir torpaq sahəsindən də analoji oğurluq etməsi də müəyyən edilmişdir.