Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən qanunsuz dövriyyədən narkotik vasitələr aşkar edilərək çıxarılmışdır

07.03.2019

Suraxanı RPİ-nin 31-ci, 32-ci və 33-cü Polis bölmələri əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bülbülə qəsəbəsi ərazisində yaşayan, əvvəllər məhkum olunmuş V.Bayramovun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 800 qramdan artıq heroin və 3,2 kiloqramdan çox marixuana götürülmüşdür.

Balakən Rayon Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Tülü kənd sakini, əvvəllər məhkum olunmuş X.Bayramovdan marixuana aşkar edilmişdir. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 4,5 kiloqramdan artıq marixuana götürülmüşdür.       

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yasamal Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Həsənovdan heroin, evindən isə 315 qram marixuana, Nəsimi RPİ 20-ci Polis Bölməsinin əməkdaşları Bakı şəhər sakini S.Əliyevdən 480 qram,  Sumqayıt ŞPİ 1-ci  Polis Bölməsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədovdan 440 qram marixuana götürmüşlər.
Faktlarla bağlı cinayət işləri başlanmışdır.

07.03.2019 tarixinə olan kriminal məlumatlar