Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluğu etməkdə şübhəli bilinərək saxlanılan Bakı şəhər sakini E.Şükürovdan heroin və bıçaq aşkar edilərək götürülmüşdür

07.03.2019

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə yanvarın 25-də rayon ərazisindəki mənzillərin birindən 40.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə müraciət daxil olmuşdur.

Kriminalistik Tədqiqatlar İdarəsi və 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Şükürov saxlanılmışdır.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və bıçaq aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır. 

07.03.2019 tarixinə olan kriminal məlumatlar