Sumqayıt şəhərinin Sahil küçəsində yol-nəqliyyat hadisəsi
07.03.2019Martın 7-də saat 23 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində Köhnə Kotec qəsəbə sakini Ə.Nərimanzadə idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurmuşdur.Nəticədə avtomobildəki sərnişinlərdən Sumqayıt şəhər sakini E.Bağırov hadisə yerində ölmüş, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.