Bakı şəhər sakini E.Hüseynovdan və Şirvan şəhər sakini M.Şahgəldiyevdən narkotik vasitələr götürülmüşdür
05.03.2019Hacıqabul RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini E.Hüseynovdan 491 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Şirvan şəhər sakini M.Şahgəldiyev də müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana götürülmüşdür.