Narkotikərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini E.Təhməzovun yaşadığı evdən çəkisi 4,2 kiloqrama yaxın tiryək aşkar edilərək götürülmüşdür
05.03.2019DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotikərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Təhməzov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan tiryək aşkar edilmişdir.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən isə çəkisi 4,2 kiloqrama yaxın tiryək aşkar edilərək götürülmüşdür.
Faktla bağlı cinayət işi başlanılmışdır.