DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
05.03.2019DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Ağstafa dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş M.Həsənov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 80 qram marixuana aşkar edilmişdir. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları onun yaşadığı evdən əlavə olaraq 224 qram marixuana da aşkar edərək götürmüşlər.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş X.Sutanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 385 qram marixuana aşkar edilərək götürülmüşdür.
Hər iki faktla bağlı araşdırma aparılır.