Gün ərzində 24 cinayətin üstü “isti izlər”lə açılmışdır
25.02.2019Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 24 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılmışdır.