Kəpəz rayonu ərazisindəki 2 evdən, 1 həyətyanı sahədən və Məhsəti qəsəbəsindəki 1 marketdən oğurluq etməkdə şübhəli bilinən T.Rzayev saxlanılmışdır
25.02.2019Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-dən fevralın 20-dək olan müddətdə rayon ərazisindəki 2 evdən inşaat materialları və məişət əşyaları, 1 həyətyanı sahədən 2 ədəd elektrik qutusunun metal qapağını və Məhsəti qəsəbəsindəki 1 marketdən kompyuterin sistem blokunu oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini T.Rzayev saxlanılmışdır.