Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini C.Əhmədli saxlanılmışdır

25.02.2019

DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Tərtər rayon sakini V.Abbasov fevralın 25-də saat 10 radələrində Nərimanov rayonu ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.

Dərhal 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə F.X.Xoski prospektində aşkar edilib.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini C.Əhmədli saxlanılmışdır.
Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.

25.02.2019 tarixinə olan kriminal məlumatlar