Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən lambrin sexindən oğurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
07.02.2019Fevralın 7-də Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən lambrin sexindən 8 ədəd transformator başlığının və 40 metr elektrik naqilinin oğurlanması barədə müraciət daxil olmuşdur.
Məlumatla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri V.Nuriyev, X.Hüseynov və S.Cabbarov qısa müddətdə müəyyən edilərək polis əməkdaşkları tərəfindən saxlanılmışlar.
Araşdırma aparılır.