Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağcabədi şəhərində 84 yaşlı qadının evinə basqın edərək onu döyüb oradan 3000 manat pul aparmaqda şübhəli bilinən R.Rüstəmov və İ.Mirzəyev saxlanılmışlar

07.02.2019

DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə fevralın 2-nə keçən gecə Ağcabədi şəhərindəki evlərin birindən  oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayon sakini olan 84 yaşlı qadının evinə basqın edən 2 nəfərin onu döyərək oradan 3000 manat pul aparmaları müəyyən edilmişdir.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri R.Rüstəmov və İ.Mirzəyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanmışdır. İstintaq aparılır.

07.02.2019 tarixinə olan kriminal məlumatlar