Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonunun X.Şuşinski küçəsində idarə etdiyi avtomobillə yolu keçən azyaşlını vuraraq hadisə yerindən yayınan E.Nağıyev saxlanılmışdır

07.02.2019

Cari il yanvar ayının 31-də saat 18 radələrində Nərimanov rayonunun X.Şuşinski küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini olan azyaşlı vurulmuşdur. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasının “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir. Hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən  Bakı şəhər sakini E.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Araşdırma aparılır.

07.02.2019 tarixinə olan kriminal məlumatlar