Nərimanov rayonunun X.Şuşinski küçəsində idarə etdiyi avtomobillə yolu keçən azyaşlını vuraraq hadisə yerindən yayınan E.Nağıyev saxlanılmışdır
07.02.2019Cari il yanvar ayının 31-də saat 18 radələrində Nərimanov rayonunun X.Şuşinski küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini olan azyaşlı vurulmuşdur. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır.
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasının “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir. Hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini E.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.