Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Məhərrəmov, X.Əsgərov və A.Əmrahov saxlanılıblar

05.02.2019

Fevralın 5-də saat 2 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Əzimovun idarə etdiyi “Daevoo” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsiyyəti məlum olmayan 3 nəfərin onu hədələyərək pul verməsini tələb etmələri, istədikərinə nail ola bilmədiklərindən nəqliyyat vasitəsindən düşüb aradan çıxmaları barədə Suraxanı Rayon Polis İdarəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.

31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri A.Məhərrəmov, X.Əsgərov və A.Əmrahov olduqları müəyyən edilib.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

05.02.2019 tarixinə olan kriminal məlumatlar