Avtomobili qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini F.Quluzadə avtomobillə birgə saxlanılmışdır
05.02.2019Fevralın 5-də saat 12 radələrində Binəqədi rayonu ərazisindən Bakı şəhər sakini Ə.Qasımova məxsus “Volkswagen Passat” markalı avtomobilin qaçırılması barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal əməliyyat tədbirlərinə başlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini F.Quluzadə həmin gün saat 20 radələrində rayon ərazisində avtomobillə birgə saxlanılmışdır.Araşdırma aparılır.