Nardaran qəsəbəsi bağlar yaşayış sahəsində silah-sursat tapılmışdır
05.02.2019Daxil olmuş məlumat əsasında Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsi bağlar yaşayış sahəsində sellofan torbada 1 yivli təklüləli tüfəng, nömrəsi silinmiş “Naqan” tipli tapança, alışqanı ilə birgə 1 ədəd “F-1” qumbarası və 39 ədəd avtomat patronu tapılmışdır.