Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Paytaxt sakini Ş.Eminbəylinin evindən seyf oğurlamaqda şübhəli bilinən İ.Qurbanov və Ü.Muradov saxlanılıb, cinayətin digər iştirakçısının isə şəxsiyyəti müəyyən edilib

03.02.2019

Fevralın 1-də Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları küçəsində yaşayan paytaxt sakini Şakir Eminbəyli Səbail Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, yaşadığı evin ikinci mərtəbəsindəki pəncərə və dəmir barmaqlıqlar sındırılaraq ona məxsus içərisində qızıl-zinət əşyaları və sənədlər olan seyf oğurlanıb.  Zərərçəkən izahatında ona təxminən 12000 manat dəyərində maddi ziyanın dəydini bildirib.

Hadisə ilə bağlı həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar -  İslam Qurbanov və  Ülvi Muradov saxlanılıb, cinayətin digər iştirakçısının isə şəxsiyyəti müəyyən edilib.

Aparılan araşdırma zamanı məlum olub ki, hadisə zamanı istintaqa şəxsiyyəti məlum olan şəxslə Ü.Muradov əvvəlcədən cinayət əlaqaəsinə girərək zərərçəkənin mənzilindən oğurluq etmək qərarına gəliblər. Həmin evdən oğurlanan zinət əşyalarından bir qismi Ü.Muradovun şəxsiyyətini təsdiq edən sənəd vasitəsilə qızıl qəbulu məntəqəsinə satılıb.

Hadisədən sonra seyf dəstənin digər üzvü İ.Qurbanovun yaşadığı mənzildə kəsilib. Seyfdən çıxan qızıl-zinət əşyalarının bir hissəsi İ.Qurbanovda qalıb.

Faktla bağlı Səbail Rayon polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

03.02.2019 tarixinə olan kriminal məlumatlar