Bir qadının içərisində pul, sənəd və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
03.02.2019Baş Cinayət Axtarışı İdarəsi, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də bir qadının içərisində pul, sənəd və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Gəncə şəhər sakinləri A.Mustafayev və əvvəllər məhkum olunmuşlar - R.Qasımov və E.Həmzəyev saxlanılmışlar.
R.Qasımovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun E.Həmzəyevlə birgə daha bir qadının pulqabısını soyğunçuluq yolu ilə alması da müəyyən edilmişdir.
Əməliyyat-axtarış tədbirləri ilə E.Həmzəyev də saxlanılmışdır.