Paytaxtın Ə.Rəcəbli küçəsindəki mebel anbarından kompyuter və 5000 manat dəyərində mebel üzlüklərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Dadaşov saxlanılmışdır
03.02.2019Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın 2018-ci il dekabr ayının 29-dan 31-dək olan müddətdə Ə.Rəcəbli küçəsindəki mebel anbarından kompyuter və 5000 manat dəyərində mebel üzlüklərinin oğurlandığını bildirmişdir.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalara başlanılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Bakı şəhər sakini R.Dadaşov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.